Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin fevralın 17–18-də Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar raundunun keçiriləcəyini təsdiqləyib.
Globalinfo.az-ın xəbərinə görə, müşavir bu gün jurnalistlərə açıqlamasında bildirib ki, hazırkı vəziyyətə əsasən Ukrayna nümayəndə heyəti səfərə hazırlıq görür.
Litvin danışıqların keçiriləcəyi tarixlə bağlı suala cavabında qeyd edib: “Bu günə olan vəziyyətə görə, Ukrayna nümayəndə heyəti səfərə hazırlıq görür”.