zelenskiy reuters 2188257 1

Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunak Ukrayna Prezidenti Volodimir Zelenskinin müşavirlər komandasına qoşulub.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd olunub ki, Sunak Ukraynanın iqtisadi yenidənqurması ilə bağlı prezidentə məsləhətlər verəcək.

Onun əsas fəaliyyət istiqamətləri gələn qışdan əvvəl ölkə iqtisadiyyatının bərpası, müdafiə sahəsinə investisiyaların cəlb olunması və enerji dayanıqlığının gücləndirilməsi olacaq.

Qeyd olunur ki, bu addım Ukraynanın müharibə şəraitində iqtisadi sabitliyinin təmin edilməsi və uzunmüddətli inkişaf strategiyasının formalaşdırılması məqsədi daşıyır.

Tahir Turan
Globalinfo.az

Paylaş: