zelenski


Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampın İstanbul görüşündə iştirak etməsini istədiyini bildirib.


Globalinfo.az
xəbər verir ki, bu barədə o, teleram kanalında məlumat yayıb.

“Mən Donald Trampın diplomatiyaya əsas verəcək davamlı və qeyd-şərtsiz atəşkəs barədə fikrini dəstəklədim. Biz bunu istəyirik və öz tərəfimizdən sakitliyi təmin etməyə hazırıq. Mən Donald Trampın Vladimir Putinlə danışmaq barədə ideyasını da dəstəklədim. Mən açıq şəkildə bildirdim ki, görüşə hazıram. Türkiyədə olacağam. Əlbəttə ki, biz hamımız Trampın İstanbulda bizimlə birgə olmasını istərdik. Bu, düzgün qərardır”, — Zelenski qeyd edib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp mümkün İstanbul görüşündə iştirak edə biləcəyi barədə açıqlama vermişdi.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: