Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkədəki millətçi qüvvələrdən çəkindiyini iddia edib.
Globalinfo.az xəbər verir ki, bu barədə özünün “Telegram” kanalında paylaşımında bildirib.
Onun sözlərinə görə, Zelenski “millətçilərin qarşısında qorxu keçirir və eyni zamanda onları təbliğ edir”.
Rusiya rəsmisi Ukrayna liderini Ukrayna Millətçiləri Təşkilatının (OUN) lideri Stepan Banderanı siyasi səviyyədə ucaldaraq nasist ideologiyasını təbliğ etməkdə ittiham edib.
Medvedevin sözləri Ukrayna tərəfindən hələlik şərh edilməyib.
Əliyar Xəlil
Globalinfo.az