2 60 900x605 2

Rusiya Qələbə Günü münasibətilə razılaşdığı atəşkəsə əməl etsə, o zaman biz də sakit dayanacağıq” 

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib:

“Hazırda Rusiyadan yeni təhdidlər səslənir. Halbuki biz mövqeyimizi tam aydın və məntiqli şəkildə ortaya qoymuşuq. Addımlarımız tam güzgü prinsipinə əsaslanacaq. Bu gün onlar cəbhədə atəşkəsi pozmaqla və hücumlarla günə başladılar. Dronlardan istifadə edilir. Dünən isə daha intensiv hava zərbələri endirmişdilər. Biz də buna adekvat cavab verdik”, — deyə Zelenski bildirib.

Ukrayna prezidenti əlavə edib ki, sabahın necə keçəcəyi bu gün atılacaq addımlardan asılıdır.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi mayın 8-i gecə saatlarından etibarən birtərəfli qaydada atəşkəs elan edib. Ukrayna isə bu təşəbbüsə rəsmi şəkildə qoşulmayıb. Daha sonra Rusiya tərəfi Kiyevi atəşkəsi pozmaqda ittiham edərək bir neçə bölgəyə hücumların həyata keçirildiyini açıqlayıb.

Öz növbəsində Ukrayna Silahlı Qüvvələri Rusiyanın 67 pilotsuz uçuş aparatı ilə hücum etdiyini, onlardan 56-sının zərərsizləşdirildiyini bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: