zelenskiy reu 2076192

“Ukraynalılar çox ağır qışa hazır olmalıdırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News” telekanalına müsahibəsində deyib.

“İlk növbədə, çox ağır qışa hazırlaşmalıyıq. Heç kim onun necə keçəcəyini təsəvvür edə bilməz. Vəziyyət ağır, hətta əvvəlkilərdən də pis ola bilər. Bu, həm tərəfdaşlarımızdan, həm də bizdən asılıdır”, – deyə Zelenski vurğulayıb.

O, bu fikirləri keçmiş “Naftoqaz” rəhbəri Sergey Koretskinin baş nazir vəzifəsinə təyin olunmasını şərh edərkən səsləndirib.

Zelenskinin sözlərinə görə, Ukraynaya qarşıdakı çağırışları anlayan və enerji məsələlərinə fokuslanan baş nazir lazım idi.

Bundan əvvəl Zelenski ölkənin qışa hazırlıq səviyyəsindən “tamamilə narazı” olduğunu bildirmişdi.

O qeyd etmişdi ki, yeni baş nazirin təyin edilməsində əsas meyar qarşıdakı qış mövsümünə hazırlıq olub.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: