Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Rusiya ilə münaqişənin nizamlanması üzrə danışıqlara Çin lideri Si Cinpinin də cəlb olunmasını təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram” kanalında yazıb.
Zelenski bildirib ki, Tramp Çin lideri ilə görüşməyi planlaşdırır.
Onun sözlərinə görə, bu kontekstdə Trampa Si Cinpinin sülh danışıqlarına cəlb edilməsinin məqsədəuyğun olduğunu deyib.
Ukrayna Prezidenti hesab edir ki, Çin liderinin Rusiya üzərində böyük təsiri var.
“Bu müharibəyə yalnız sözlə deyil, həqiqətən son qoymaq istəyiriksə, hamı bunun üçün gecə-gündüz çalışmalıdır – insanlar naminə”, – deyə Zelenski bildirib.
Bundan əvvəl Zelenski Çinin Rusiyanı danışıqlara sövq etmək üçün imkanlarının olduğunu, lakin Ukraynanın tərəfində olmadığı üçün bunu etmədiyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az