“Rusiya ordusu əhəmiyyətli üstünlük əldə edib, buna görə də münaqişəyə tezliklə son qoymaq mümkün deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Biz güclü düşmənlə üz-üzəyik. Amma müharibənin mümkün sonuna yaxınlaşırıq. Mən sizə əminliklə deyə bilərəm”, – deyə o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanın indiki cəbhə xəttində qalmalı, daha sonra sülh müqaviləsi bağlanmalı olduğunu vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az