1770757627 1769944942 zelenskii 900x600 2

RusiyaQələbə günü” münasibətilə atəşkəs elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik eyni zamanda Ukraynanın eyni addımı atacağına ümidvar olduğunu vurğulayıb.

Bu arada Ukrayna tərəfi mayın 9-da xüsusi hərbi əməliyyat zonasında atəşkəs elan etməklə bağlı heç bir təklif almadığını bəyan edib.

Bu barədə  ölkə prezidenti Volodimir Zelenski deyib.

“Bizimlə rəsmi olaraq heç kim əlaqə saxlamayıb. Həmçinin heç bir rəsmi təklif olmayıb”, — deyə o qeyd edib.

Zelenski həmçinin Qələbə Günü münasibətilə müvəqqəti atəşkəs elan olunması ideyasını ciddi saymayıb.

“Bir günlük döyüşü dayandırıb parad keçirmək ciddi deyil. Bizim üçün bayram yoxdur”, — deyə prezident vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: