Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin silah ixracatını qismən bərpa etdiyini və satışdan əldə olunan gəlirin birbaşa ordunun maliyyələşdirilməsinə yönəldiləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, onun bu barədə müraciəti Teleqram kanalında yayımlanıb.
“Kiyev müəyyən silah növlərinin, xüsusən dəniz pilotsuz aparatları, tank əleyhinə vasitələr və digər qabaqcıl sistemlərin istehsalını artırıb və artıq ehtiyacdan artıq ehtiyatlara malikdir. Silah satışından daxil olacaq gəlir iki prioritetə yönəldiləcək. Cəbhə ehtiyacları və Ukrayna arsenallarının gücləndirilməsinə!” – deyə Zelenski bildirib.
Prezident həmçinin vurğulayıb ki, qabaqcıl texnologiyaların Rusiya tərəfinə keçməməsi üçün əlavə təhlükəsizlik tədbirləri görüləcək.
Tahir Turan
Globalinfo.az