zelenskiy

“Avropa ölkələri ABŞ-ın dəstəyi olmadan Rusiya ilə qarşıdurmaya hazır deyil”.

Globalinfo.az xəbər verir ki, bunu ​türkiyəli jurnalist, beynəlxalq məsələlər üzrə ekspert Deniz Berktay deyib.

“Ukrayna Prezidenti Volodimir Zelenskidən ABŞ Prezidenti Donald Trampla münasibətləri yaxşılaşdırmaq istənilib. Avropa ölkələri Ukraynaya “ABŞ yoxdursa, biz varıq” deyə bilməzdilər. Bunun əvəzinə onlar Zelenskini Trampla barışmağa çağırdılar”, – Deniz Berktay bildirib.

Berktay həmçinin qeyd edib ki, Zelenski ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün addımlar atmağa və barışıq ümidi ilə “mesajlar” göndərməyə başlayıb:

“Lakin onun səyləri Trampın tələblərində ciddi dəyişikliklərə səbəb olmayıb”.

Qeyd edək ki, martın 2-də Londonda Avropa liderlərinin sammiti baş tutub. Böyük Britaniyanın Baş naziri Keir Starmer bəyan edib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ABŞ tərəfindən təmin edilməlidir.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: