Zelenskidən ərazi güzəşti haqda açıqlama

vladimir zelenski
Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq. Bu, Ukrayna üçün danışıqlarda “qırmızı xətt”dir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Mən prezident kimi konstitusiyamızı pozmayacağam, əksinə, xalqımızı və torpağımızı müdafiə edərək suverenliyimizi və müstəqilliyimizi müdafiə edəcəyəm”, – Zelenski deyib.

Zelenski əlavə edib ki, Ukrayna müstəqillik uğrunda mübarizə aparır və buna görə də Rusiya tərəfindən işğal edilmiş heç bir ərazini tanımayacaq:

“Xalqımız bunun üçün döyüşüb, qəhrəmanlarımız həlak olub. Ona görə də bunu heç kim unutmayacaq. Biz Ukraynaya qarşı törədilən bu cinayəti heç kimə unutdurmayacağıq”.