Zelenski Vilnüsə gələcək?- Stoltenberqdən AÇIQLAMA

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Vilnüsdə keçiriləcək ittifaq sammitində iştirakına əmin olmaq olmaz.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna münaqişəsi fonunda Zelenskinin tədbirdə iştirak edəcəyinə “100% əmin olmaq” mümkün deyil. Eyni zamanda, Stoltenberq Ukrayna lideri ilə görüşü “səbirsizliklə gözlədiyini” qeyd edib və əlavə edib ki, onlar artıq bir neçə dəfə danışıblar.

Telekanalın fikrincə, Zelenskinin sammitdə iştirak etmək qərarı onun müttəfiqlərdən alyansa üzvlüklə bağlı siqnallarından razı olub-olmamasından asılı ola bilər.

Eyni zamanda, Stoltenberq Ukraynanın NATO-dakı gələcəyi ilə bağlı Kiyev üçün məqbul olan razılaşmanın əldə olunacağına tamamilə əmin olduğunu bildirib.