1653336236 1650096448 1649678971 1649678160 1649132826 16480446123196 scaled

Ukrayna Prezidenti Volodimir Zelenski 60 yaşına çatmış kişi vətəndaşların müqavilə əsasında bir il müddətinə hərbi xidmət keçməsinə icazə verən sərəncam imzalayıb.

Globalinfo.az xəbər verir ki, sənəd xidmət müddətinin qarşılıqlı razılaşma əsasında uzadılması imkanını da nəzərdə tutur.

Qanunvericilik aktında müqavilələrin bağlanması proseduru, hərbi rütbələrin verilməsi qaydaları, eləcə də xidmət müddətinin uçotu ətraflı şəkildə tənzimlənib.

Bundan əlavə, sənəd döyüş əməliyyatları zamanı yaralanan, əsir düşən və ya itkin düşmüş kimi qeydiyyata alınan hərbi qulluqçularla bağlı prosedurları müəyyən edir.

Qanuna əsasən, dövlətin müdafiəsi zamanı alınan xəsarətlərin döyüşlə əlaqəli hesab olunacağı təsdiqlənir.

Tahir Turan
Globalinfo.az

Paylaş: