548063e2 eb11 4e57 bccf 367542ee6562 7

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə Ukraynadakı müharibənin başa çatdırılması perspektivlərini müzakirə edib.

Globalinfo.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, söhbət çox müsbət atmosferdə keçib. Tərəflər diplomatik səylərin aktivləşdirilməsi üçün mümkün addımları və qarşıdan gələn G7 Sammiti ilə bağlı perspektivləri müzakirə ediblər.

“Yaxın həftələrdə Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması üçün diplomatiyaya təkan vermək məqsədilə maksimum fəal işləməyə hazır olduqlarına görə minnətdaram”, – deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, o, Rusiyanın mövqeyi ilə bağlı əldə olan məlumatları da həmsöhbətləri ilə bölüşüb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: