Zelenski Türkiyəyə rəsmi səfər edəcək – TARİX

Zelenski Türkiyəyə rəsmi səfər edəcək – TARİX

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə işgüzar səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhaneddin Duran “X” platformasında paylaşım edib.

“Ankarada keçiriləcək görüşlərdə strateji tərəfdaşımız Ukrayna ilə gündəmimizdə yer alan məsələlərlə yanaşı, RusiyaUkrayna müharibəsinə dair son durum, o cümlədən İstanbul Prosesi başda olmaqla atəşkəsin təmin edilməsi və davamlı həllə yönəlmiş səylər müzakirə olunacaq”,-deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Zelenski Türkiyəyə işgüzar səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.