Zelenski Tokayevə zəng etdi – Nələri müzakirə etdilər?

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında məlumat verib.

Telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.

Onun sözlərinə görə, söhbət zamanı Qazaxıstan ictimai təşkilatlarının xətti ilə Ukraynaya humanitar yardım göstərildiyinə görə Tokayevə təşəkkür edib və ona “Ukrayna sülh formulasının həyata keçirilməsi üzrə təhlükəsizlik müşavirlərinin işinin nəticələri” və “Qlobal Sülh Sammiti öncəsi hazırlıq işləri” barədə məlumat verib.

Qazaxıstan və Ukrayna liderləri ölkələr arasında siyasi dialoqun, ikitərəfli humanitar və ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərini də müzakirə ediblər.