412402772 2011805659191913 4053430957777630445 n

“Kiyevin “B planı” var. Bu plan bütün lazımi silah növlərinin istehsalı üçün lisenziyanın alınmasından ibarətdir”.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna lideri vurğulayıb ki, əgər Qərbin hərbi yardımının həcmi azalarsa, Ukrayna buna əl ata bilər.

“Qərb reaksiyasını, bir çox ukraynalılar isə ekzistensial təhlükə hissini itiriblər”, – V.Zelenski bildirib.

O əlavə edib ki, bir neçə Avropa ölkəsinin kəşfiyyat xidmətləri Rusiya tərəfindən onların ərazisinə hücum ehtimalını öyrənməyə başlayıb.

Paylaş: