Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin daha 90 gün uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının rəsmi saytında məlumat dərc olunub. Y
eni qərara əsasən, hərbi vəziyyət və səfərbərlik avqustun əvvəlindən etibarən oktyabrın sonunadək qüvvədə qalacaq.
Qeyd edək ki, hərbi vəziyyət rejimi Ukraynada 24 fevral 2022-ci ildən – Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin başladığı gündən tətbiq olunur. Bir gün sonra Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb.
Əliyar Xəlil
Globalinfo.az