zelenski9 2

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin son görüntüsünü paylaşaraq onun tədricən öldürüldüyünü qeyd edib.

Axar.az xəbər verir ki, V.Zelenski bu barədə Tvitter səhifəsində paylaşım edib.

“Hazırda Ukrayna vətəndaşı, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili… Yavaş-yavaş öldürülür. XXI əsrdə Avropada bir insanın faktiki olaraq açıq şəkildə edam edilməsi cəhdinə qarşı hələ də mübarizə aparmalı olmağımızın özü biabırçılıqdır!”, – deyə Zelenski bildirib.

saakashvili yeni1

Paylaş: