Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Xarici Kəşfiyyat Xidmətinin rəhbəri ola bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” məlumat yayıb.
Nəşr yazır ki, Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etməyi planlaşdırır.
Qeyd olunur ki , Daxili İşlər Naziri vəzifəsini icra edən İqor Klimenko Umerovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsində əvəz edə bilər.
Əliyar Xəlil
Globalinfo.az