klicko

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə sülh danışıqları üçün ümummilli referendum elan etməli olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.

Onun sözlərinə görə, növbəti bir neçə ay Zelenski üçün çox çətin olacaq.

Bununla bərabər Kliçko Trampın prezident olacağı halda Ukrayna üçün qeyri-müəyyənliyin yaracağını da bildirib:

“Biz insanlara necə izah edə bilərik ki, minlərlə qəhrəmanın canı bahasına olan ərazilərin bir hissəsini verməliyik. Zelenskinin nə etməsindən asılı olmayaraq, prezidentimiz siyasi intihar etməklə bağlı risk edir. Əgər daha iki il savaşmalı olsaq, bu, kabus olacaq”.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: