Zelenski Qərbə mesaj verdi: HHM verməsəniz…


“Ukraynanın hava hücumundan müdafiə ilə təmin edilməsi milyonlarla qaçqının ölkəyə qayıtmasına və iqtisadi vəziyyəti yaxşılaşdırmağa, büdcə kəsirinin böyük hissəsini ödəməyə kömək edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib .

O iddia edir ki, Ukraynanın Qərb tərəfdaşlarının hava hücumundan müdafiəni təmin etmək üçün göstərdiyi yardım kifayət deyil.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, ölkənin digər regionlarında hava hücumundan müdafiə ilə bağlı problemlər səbəbindən 600 minə yaxın ukraynalı Kiyevə və yaxınlıqdakı yaşayış məntəqələrinə köçmək məcburiyyətində qalıb.

Safura Bənnayeva
Globalinfo.az