Ukraynanın xarici işlər naziri Andriy Sibiqa qaqauzların ölkənin yerli xalqı kimi tanınmasının ədalətli addım olacağını bəyan edib.
Globalinfo.az bildirir ki, onun sözlərinə görə, Ukraynada 130-a yaxın etnik icma var və qaqauzlar Ukrayna ilə türk dünyası arasında mühüm körpü rolunu oynayır.
Sibiqa vurğulayıb ki, Kiyev Avropa Birliyinin “birlik” şüarını bölüşür.
Bundan əlavə, nazir Rusiyanı Ukraynadakı xalqların milli kimliyinə hücumda günahlandırıb. O bildirib ki, Ukrayna bütün etnik qrupların hüquqlarını qorumaq zərurətini özündə hiss edir.
Əliyar Xəlil