1770757627 1769944942 zelenskii 900x600 1

Ukrayna Prezidenti Volodimir Zelenski iyun ayında Rusiyaya uzaqmənzilli raketlərdən zərbələrin endiriləcəyi ilə bağlı planını açıqlayıb.

Globalinfo.az-ın xəbərinə görə, Zelenski bildirib ki, Baş komandan Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatov tərəfindən ona cəbhədəki vəziyyət, işğalçı qüvvələrə qarşı əməliyyatlar və Rusiyanın hücumları barədə məruzə təqdim olunub.

Onun sözlərinə görə, son bir ay ərzində döyüş meydanında dinamika Ukraynanın xeyrinə dəyişib:

“Mövqelərimizi daha yaxşı qoruyuruq, çox zərbə endiririk. Xüsusilə, Rusiyaya qarşı uzaqmənzilli raketlərdən zərbələrimiz may ayında öz gücünü göstərib”, – Ukrayna lideri bildirib.

Zelenski qeyd edib ki, iyun ayı üçün nəzərdə tutulan uzaqmənzilli tədbirlər planını artıq təsdiqləyib və Ukrayna bu istiqamətdə fəaliyyətini daha da inkişaf etdirməlidir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: