putin zelenski 900x472 2

Rusiya sanksiyaların yumşaldılması və ya ləğvi müqabilində uzunmüddətli atəşkəsə razılaşa bilər.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg”ə verdiyi müsahibədə deyib.

Ukrayna Prezidenti ABŞ və Avropanı Rusiyaya qarşı sanksiyaları saxlamağa və Moskvanın onları yumşaltmaq cəhdlərinə müqavimət göstərməyə çağırıb.

“Düşünürəm ki, Rusiya sanksiyaların ləğvi müqabilində atəşkəs məsələsini qaldıra bilər. Onlar SWIFT sistemindən istifadəyə qoyulan qadağanın ləğvi məsələsini artıq gündəmə gətiriblər. Bütün bunlar Ukrayna üçün böyük risk yaradır”, – deyə Zelenski vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: