Zelenski nüvə silahı istədi – ABŞ-dan cavab gəldi

Keyt Kelloq

“Ukrayanın nüvə statusunu bərpa etməsi üçün heç bir real şansı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə nümayəndəsi Kit Kelloq deyib.

“Nüvə silahını geri qaytarmaq üçün şans sıfıra bərabərdir. Gəlin dürüst olaq: hamımızı bilirik ki, bundan sonra nə baş verəcək”, – o bildirib.

Kelloq Ukraynaya nüvə silahının verilməsinin Rusiya-Ukrayna müharibəsini bitirmək cəhdlərini baltalayacağını söyləyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bundan öncə Ukraynanı Rusiyadan qorumağın yeganə yolunun onun ya NATO-ya qəbul edilməsi, ya da ona nüvə silahına sahib olmasıdır.

Ukrayna nüvə dövləti statusundan 1994-cü ildə Budapeşt memorandumu ilə imtina edib. Nəticədə SSRİ-dən qalma bütün nüvə silahları ya ləğv edilib, ya da Rusiyaya verilib. Əvəzində ABŞ, Britaniya və Rusiya onun mövcudluğuna təhlükəsizlik zəmanəti veriblər. Bu memorandum Rusiyanın 2014-cü ilin martında Krımı anneksiya etməsi ilə pozulub. Sonradan Moskva eyni ildə Donbasdakı separatçılar vasitəsilə müharibə başladıb, 2022-ci ildə Ukraynada genişmiqyaslı savaşa start verib.

Əliyar Xəlil
Globalinfo.az