Zelenski Navalnının ölümündə birbaşa bu şəxsi günahlandırdı

Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Navalnının ölümündə Rusiya Prezidenti Vladimir Putini günahlandırıb.

Globalinfo.az xəbər verir ki, bu sözləri V.Zelenski rusiyalı müxalifətçinin ölümü haqda danışarkən deyib.

O, Navalnını birbaşa Putinin öldürdüyünü qeyd edib:

“İndicə məlum oldu ki, Aleksey Navalnı Rusiya həbsxanasında dünyasını dəyişib. Görünür, o da işgəncəyə məruz qalan minlərlə insan kimi Putin tərəfindən öldürülüb. Putin kimin öldüyünə əhəmiyyət vermir, əsas öz mövqeyini qoruyub saxlaya bilməsidir. Məhz buna görə də, heç nə saxlamamalıdır. Putin hər şeyi uduzmalı, hər şeyi itirməli və etdiklərinə görə cavab verməlidir”, – deyə Ukrayna prezidenti bildirib.

Zaira Akifqızı
Globalinfo.az