Ukrayna Prezidenti Vladimir Zelenski münaqişənin yaxın altı ay ərzində başa çata biləcəyini istisna etməyib.
Globalinfo.az xəbər verir ki, o bu barədə Kiprin Avropa İttifaqı Şurasına sədrliyinin açılış mərasimində çıxışı zamanı danışıb.
Zelenski bildirib ki, Avropa tərəfdaşları, ABŞ və “könüllülər koalisiyası” ilə aparılan danışıqlar yeni mərhələyə qədəm qoyub.
“Biz anlayırıq ki, bu müharibə sizin sədrliyiniz dövründə başa çata bilər”, – deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, Kiprin Aİ Şurasına sədrliyi iyunun 30-da başa çatır.
Ukrayna Prezidenti daha əvvəl “Fox News”a verdiyi müsahibədə ölkə daxilində ictimai rəyə də toxunub. Onun sözlərinə görə, ukraynalıların 87 faizi sülh istəyir, lakin vətəndaşların 85 faizi Ukrayna qoşunlarının Donbasdan çıxarılmasına qarşıdır. Zelenski Donbasdan geri çəkilməni “ən pis ssenari” və Ukrayna üçün “böyük risk” adlandırıb.
Tahir Turan
Globalinfo.az