6a5678b5b20386a5678b5b203917840518936a5678b5b20366a5678b5b2037 9

Xəbər verdiyimiz kimi, Ukraynanın müdafiə naziri Mixaylo Fedorov vəzifəsindən istefa verib. Müharibə dövründə verilən bu qərar ekspertlər arasında suallar doğurub. Politoloq Şahin Cəfərli də Zelenskinin addımını sərt tənqid edib.

Globalinfo.az xəbər verir ki, o, bu addımı müharibənin başlanmasından bəri Zelenskinin “ən yanlış və anlaşılmaz qərarlarından biri” kimi qiymətləndirib.

Şahin Cəfərli bildirib ki, yanvar ayında müdafiə naziri təyin olunan 35 yaşlı Mixaylo Fedorov qısa müddətdə həm Müdafiə Nazirliyində islahatlar aparıb, həm də hərbi sahədə mühüm nəticələr əldə edib.

Onun sözlərinə görə, Fedorovun fəaliyyətinin əsas uğurlarından biri Ukraynanın pilotsuz uçuş aparatları sahəsində üstünlüyünün gücləndirilməsi, ordunun müasir, o cümlədən süni intellekt əsaslı dronlarla təminatına töhfə verməsi, eləcə də müdafiə satınalmalarında şəffaflığın artırılması olub.

“Zelenskidən bərbad qərar. Yanvar ayında müdafiə naziri təyin olunan Mixaylo Fyodorov bu vəzifədən kənarlaşdırılıb. Əgər ictimaiyyətə açıqlanması mümkün olmayan hər hansı məxfi məqamlar yoxdursa, zahirən bu qərar müharibənin başlamasından bu yana Zelenskinin ən yanlış və anlaşılmaz (bəlkə də ürəkbulandırıcı) qərarı kimi görünür”.

Politoloq həmçinin qeyd edib ki, Fedorovun “SpaceX” ilə əməkdaşlığı nəticəsində Rusiya ordusunun Starlink rabitəsindən istifadəsinin məhdudlaşdırılması Ukrayna ordusunun cəbhədə taktiki üstünlük qazanmasına təsir göstərən amillərdən biri olub.

“Görünür, bütün bunlar Fyodorovun güclü düşmənlər qazanmasına gətirib çıxarıb.

Bəzi iddialara görə, Zelenskinin Fyodorovu neytrallaşdırması gənc nazirin həm ölkə içərisində (o cümlədən orduda), həm də Qərb çevrələrində artan nüfuzundan duyduğu narahatlıqla əlaqədardır. Bunun nə dərəcədə həqiqət olduğunu deyə bilmərəm, amma Ukrayna siyasətində çox ciddi intriqaların olması sirr deyil və və bu intriqalar hazırkı ekzistensial savaş dövründə də dayanmayıb”, – politoloq yazıb.

Globalinfo.az

Paylaş: