2025 03 25T160330Z 996520329 RC2CKDAS17Z0 RTRMADP 3 UKRAINE CRISIS ZELENSKIY pic 32ratio 900x600 900x600 83570

“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın təzyiqi altında Moskvaya gedə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

“Oval kabinetə fəlakətli səfərdən sonra Zelenski taktikasını dəyişdi. İndi o, Trampın dediklərinə qulaq asır”, – deyə bildirilib.

Bundan əvvəl Donald Tramp bildirib ki, Putin və Zelenski hazırda sülhə hazır deyillər.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Donald Trampla telefon danışığı zamanı Zelenski ilə Moskvada görüşməyi təklif etmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: