ac81f972 9fa8 41dd adcb 8d8b1e5e30da

“Moldovalılar düzgün seçim ediblər”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O, Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanan Maya Sandunu qələbə münasibətilə təbrik edib.

“Ukrayna Moldova xalqının Avropa seçimini dəstəkləyir və tərəfdaşlığımızı gücləndirmək üçün birgə işləməyə hazırdır. Moldovalılar aydın seçim etdilər. Onlar iqtisadi artım və sosial sabitlik yolunu tutdular. Yalnız real təhlükəsizlik və sülhsevər vahid Avropa sabaha ümid və inam zəmanəti verə bilər”, – deyə Zelenski vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: