vladimir zelenski

“Zelenski əraziləri dərhal geri qaytarmadan münaqişəni dayandırmağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, Ukrayna prezidenti NATO-ya qəbul edildikdən sonra ərazilərin “diplomatik yolla” qaytarılması üzərində işləmək niyyətində olduğunu açıqlayıb.

“Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimizdə olan Ukrayna ərazisini NATO çətiri altına salmalıyıq. Bunu tez bir zamanda etməliyik”, – Zelenski vurğulayıb.

Zelenskinin bəyanatı artıq Ukraynada kəskin reaksiyaya səbəb olub.

“Strana” nəşri yazır ki, bu, Zelenskinin 2022-ci ilin fevralından bəri itirilmiş əraziləri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu barədə ilk bəyanatıdır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

 

Paylaş: