Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni, iş adamı Cared Kuşnerlə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski özü məlumat verib.

“Bu gün prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə çox səmərəli söhbətimiz oldu”, – deyə Zelenski Teleqram kanalında yazıb.

Ukrayna liderinin sözlərinə görə, tərəflər əməkdaşlıqla bağlı bir sıra mühüm detalları müzakirə ediblər.

Danışıqlarda Ukrayna Təhlükəsizlik Şurasının katibi Rustem Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov, xarici işlər naziri Andrey Sibiqa, onun müavini Sergey Kislıtsa, həmçinin prezident ofisinin əməkdaşları İqor Brusilo və Aleksandr Bevz iştirak ediblər.

Həmçinin Umerovun Uitkoff və Kuşnerlə mövzunu bir daha müzakirə edəcəyi gözlənilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: