Dmitry Medvedev 2016

Ukrayna Prezidenti Volodimir Zelenski təkcə bir nəfərin deyil, bütün Rusiyanın ölümünü arzulayır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, Zelenskinin Ukrayna xalqına Milad müraciətini şərh edib.

“Bu yaxınlarda hansısa çirkin axmaq “bir nəfərin” ölümünü arzulayıb. Hər kəsə aydındır ki, o, həm də hamımızın və ölkəmizin sonunu istəyir”, – deyə Medvedev bildirib.

Qeyd edək ki, 24 dekabrda Volodimir Zelenski Telegram kanalında Milad video təbriki yayımlayıb və orada bütün Ukrayna xalqının bu gün “bir nəfərin” ölümünü arzuladığını bildirib. Dövlət başçısı konkret olaraq kimi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: