63ee76fc0168863ee76fc01689167657241263ee76fc0168463ee76fc01686

Kiyevdə səfərdə olan İsrailin xarici işlər naziri Eli Koen Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər Kiyevə yardımın artırılması, eləcə də İran məsələlərini müzakirə ediblər.

“Mən Ukrayna Prezidenti Zelenski ilə vacib və müsbət görüşü yenicə başa vurdum. Söhbətimizdə İsrailin birmənalı olaraq Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğuladım”, – deyə israilli nazir bildirib.

Tərəflər İranın Ukraynadakı terror fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən pisləməyə layiq olduğunu bildiriblər.

Paylaş: