Zelenski ilə Rişi Sunak görüşdü – FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski  Böyük Britaniyada səfərdədir. 

Globalinfo.az xəbər verir ki, baş nazir Rişi Sunak bununla bağlı tvitter hesabında paylaşım edib.

“Xoş gəldin, Volodimir Zelenski”, – o bildirib.

V.Zelenskinin Britaniya Baş nazirinin öz evində qonaq etdiyi ilk lider olduğu deyilir.

Qeyd edək ki, Volodimir Zelenski hazırda Böyük Britaniyada səfərdədir. O, baş nazirlə Rusiyaya qarşı müqavimətin artırılması, əks-hücum əməliyyatları öncəsi  lazımı tədbirlərin görülməsilə bağlı məsələləri müzakirə edəcək.

Baş nazir Rişi Sunak Vladimir Zelenski ilə görüşüb. Ukrayna prezidenti Chequersdə ikitərəfli görüş keçirəcək.

Malik Liftiyev
Globalinfo.az