
“ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə münasibət qurmamalıdır. Çünki onunla yaxşı əlaqəsi olan bütün siyasətçilər karyeralarında uğursuzluğa düçar olublar”.
Globalinfo.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov Telegram kanalında yazıb.
“Zelenski lənətlənib. Onunla danışan hər kəs öz siyasi fəlakətinə doğru irəliləməyə başlayır. ABŞ-ın keçmiş prezidenti Co Bayden, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, Almaniyanın keçmiş kansleri Olaf Şoltz, Cənubi Koreya prezidenti Yoon Seok Yeol da “Zelenski lənəti” ilə üzləşiblər”, – deyə o qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az