1771491877 zelen

Volodimir Zelenskiin Macarıstan və Slovakiyaya yönəlmiş kəskin açıqlamaları regionda diplomatik müzakirələri gücləndirib.

Globalinfo.az Politoloq və tarixçi Rafael Pinto Borges “European Conservative” nəşri üçün qələmə aldığı məqalədə Kiyevin Budapeşt və Bratislava ilə münasibətlərində mümkün risklər barədə xəbərdarlıq edib.

Müəllif yazır ki, Ukrayna liderinin sərt ritorikası yeni deyil, lakin bu dəfə Macarıstan və Slovakiya ilə münasibətlərdə gərginliyin artması daha ciddi nəticələr doğura bilər. Onun fikrincə, xüsusilə enerji təhlükəsizliyi məsələləri fonunda qarşılıqlı ittihamlar regionda sabitliyi sarsıda bilər.

Borges qeyd edir ki, Macarıstanın Baş naziri Viktor Orban ölkənin enerji infrastrukturunun mümkün risklərdən qorunması üçün əlavə tədbirlərin görülməsini vacib sayıb və hətta bu istiqamətdə hərbi resursların cəlb edilməsinin zəruri ola biləcəyini vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: