“Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək üçün Davosa gedir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məsələ ilə tanış mənbəyə istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, Trampla görüş 22 yanvarda baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl Ukrayna liderinin Qrelandiya məsələsinə görə Davos səfərini ləğv etdiyi ortaya çıxmışdı.
“Avropa liderləri ABŞ Prezidenti Donald Trampı Qrenlandiyanı əldə etmək ambisiyalarından əl çəkməyə inandırmağa çalışır. Ona görə də hazırda Ukrayna getdikcə arxa plana keçir. Məhz bu fakt Zelenskinin İsveçrəyə səfərinin ləğvinə səbəb olub”, – deyə “Politico” nəşri yazmışdı.
Əliyar Xəlil
Globalinfo.az