Zelenski əsirlikdən qaytarılanların sayını açıqladı

ukrayna1

Ukrayna əllidən çox əsir mübadiləsi aparmağa nail olub”.

Globalinfo.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski teleqram kanalında yazıb.

“Beləliklə, 53 mübadilə aparılıb, 3310 insanımız artıq Ukraynada – öz evində, qohumlarının yanındadır”, – paylaşımda qeyd edib.

Zelenski bildirib ki, bu istiqamətdə işlər davam etdirilir:

“Biz hər bir vətəndaşımızı – bütün hərbçiləri və mülki şəxsləri, böyükləri və uşaqları rus əsirliyindən azad etməyin yollarını axtarmağa davam edirik”.