Zelenski: “Əsgər istəmirik, silah verin”

“Ukraynanın Rusiya işğalçıları ilə mübarizədə əcnəbi əsgərlərə ehtiyacı yoxdur. Ancaq müasir texnologiya və silah lazımdır”.

Globalinfo.az  xəbər verir ki, bunu  Ukraynanın Prezidenti Volodimir Zelenski eyib.

“NATO-da olmadığımıza görə bu haqda heç vaxt danışmamışam və buna heç bir haqqım yoxdur. Əsgərlərə ehtiyacımız yoxdur. Sözsüz, əsgərlərimizə Rusiyadakı kimi münasibət bəsləmək və fəlakətə yol açmış İkinci Dünya və ya Birinci Dünya müharibəsini gətirib çıxarmaq istəyiriksə… amma bu, texnologiya ilə əlaqəli fərqli savaşdır”, – dövlət başçısı söyləyib.

Prezident vurğulayıb ki, Qərb üçün ucuzu Kiyevə pul və silah verməkdir. Siyasətçinin fikrincə, Qərbdə Ukraynanın ehtiyacı olduğu hər şey var.