“Zelenski diktatora çevrilir və sürətlə varlanır”

zelenski 11 900x600 1

Zelenski Qərbin xidmətçisidir.

Globalinfo.az xəbər verir ki, bu iddianı mühafizəkar baxışları ilə seçilən amerikalı jurnalist Taker Karlson səsləndirib. O, Zelenskini satqınlıqda ittiham edib:

“Zelenski çox da populyar deyil, çünki o, ölkəsini satdığı Qərb güclərinin lakeyidir. Ukraynalılar yaxşı bilirlər ki, o, zənginləşir və bununla Ukraynanın bütün rəhbərliyi məşğul olur”.

Karlson deyib ki, Zelenski artıq diktatora çevrilir və ABŞ-ın bu baxımdan yardımları onun milli maraqlarına xidmət etmir.

Qeyd edək ki, Karlson mühafizəkar baxışları ilə seçilir. O, Bayden administrasiyasının kəskin tənqidçilərindən olub. Jurnalist həmçinin Ukrayna müharibəsinin təcili dayandırmasını istəyənlər sırasındadır.

Globalinfo.az