Zelenski danışıqları müsbət qiymətləndirib: “Görüş davam edəcək”

zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-la faydalı qazıntılar üzrə mümkün razılaşma ilə bağlı keçirilən texniki səviyyəli danışıqları müsbət qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, o, bu mövzuda yeni görüşlərin planlaşdırıldığını da bildirib.

“Bu, texniki görüş idi və bu səviyyədə müxtəlif formatlarda – həm onlayn, həm də üzbəüz – görüşlər həftə boyunca davam edəcək. Bütün bu təmaslardan sonra komandalar hazır olduqda görülən işləri təqdim edəcəklər”, – deyə Zelenski qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az