Çin hakimiyyəti Ukraynanın “sülh planına” qoşulmaq təklifinə cavab verməyib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski qeyd edib ki, diplomatik kanallar vasitəsilə Çinə sülh formulunda iştirak etmək üçün dəvət göndərilib:
“Biz dünyaya öz sülh formulumuzu təklif etdik. Bu, Çinlə münasibətlərə də aiddir. Biz Çinə açıq şəkildə diplomatik kanallar vasitəsilə öz sülh düsturumuzu ünvanladıq və bu formulda iştirak dəvəti göndərdik. Biz sizi dialoqa dəvət edirik və cavab gözləyirik”.