Ukrayna Prezidenti Volodimir Zelenski Yeni ilə qədər istefa verə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə siyasi strateq Vladimir Petrov “Ölkənin Siyasəti” Teleqram kanalına danışıb.
Onun sözlərinə görə, dekabrın 15-dək atəşkəsin əldə olunacağı gözlənilir və Yeni il ərəfəsində Prezident Zelenski xalqa müraciət edərək istefasını açıqlaya bilər.
Qeyd edək ki, bundan əvvəl Ukraynadakı korrupsiya qalmaqalı fonunda Zelenskinin istefa verəcəyi bildirilmişdi. Qərb mənbələri onu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Böyük Britaniyadakı səfiri Valeriy Zalujnının əvəz edilə biləcəyini yazır.
Tahir Turan
Globalinfo.az