upload 2024 01 11T102644Z 2105080105 RC2MF5A2ZLXA RTRMADP 3 UKRAINE CRISIS ESTONIA ZELENSKIY pic 32ratio 900x600 900x600 43791

“Oreşnik” orta mənzilli raket sistemi Ukrayna liderlərini aradan qaldırmaq üçün istifadə oluna bilər”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Aleksandr Mixaylov deyib.

Ekspert qeyd edib ki, “Oreşnik” raketi təkcə nüvə məqsədləri üçün nəzərdə tutulmayıb:

“Raket yükündən asılı olaraq müxtəlif tapşırıqları yerinə yetirə bilər. Mümkündür ki, “Oreşnik” raketi indi bu və ya digər komandanlığın qərargahını, Kiyev rejiminin ən mühüm infrastruktur obyektlərini məhv etmək üçün istifadə olunsun”.

Bundan əvvəl Dövlət Dumasının deputatı Andrey Kolesnik bəyan etmişdi ki, Rusiya Silahlı Qüvvələri tezliklə mövcud hərbi vəziyyətdə təsirli istənilən silahdan, o cümlədən ən son “Oreşnik” raket kompleksindən istifadə edə bilər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: