Ukrayna bu ay ABŞ nümayəndə heyətinin Kiyevə səfərini gözləyir.
Globalinfo.az-ın xəbərinə görə, Ukrayna hakimiyyəti ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfər edəcəyi haqda məlumat açıqlayıb.
Bu barədə prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Budanov məlumat verib. Onun sözlərinə görə, səfər sülh danışıqlarının yenidən başlanması istiqamətində atılan addımların tərkib hissəsidir.
Budanov qeyd edib ki, nümayəndə heyətinin Pasxadan qısa müddət sonra Ukraynaya gəlməsi gözlənilir.
Məlumata görə, bu səfər həm Uitkoff, həm də Kuşner üçün Ukraynaya ilk rəsmi səfər olacaq.
Qeyd olunur ki, bu səfər Vaşinqtonun Ukrayna ilə bağlı diplomatik fəallığını artırması və mümkün sülh danışıqlarının yenidən canlandırılması baxımından əhəmiyyətli hesab olunur.
Əliyar Xəlil