Ukrayna Prezidenti Volodimir Zelenski sabah Böyük Britaniyaya səfər edəcək.
Globalinfo.az “Sky News”a istinadən xəbər verir ki, bunu krallığın müdafiə naziri Con Hili söyləyib.
“Sabah Prezident Zelenskini ölkəmizdə qarşılamaqdan şad olacağıq”, – o, parlamentdə deyib.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayaraq tezliklə Zelenski ilə görüşəcəyini bildirib.