Zelenski Azərbaycana təşəkkür etdi

Ukrayna Prezidenti Vladimir Zelenski qış ərəfəsində enerji sektoruna göstərilən köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə videomüraciətində deyib.

“Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qışdan əvvəl Prezident Əliyevlə razılaşdığımız kimi, bizim enerji sektorumuza lazımi köməklik edildi. Başa düşürük ki, bu qışda çətinliklər əvvəlkindən az olmaya bilər. Biz hazırlaşırıq. Ukraynaya, xalqımıza, enerji sektorumuza dəstək çox vacibdir”, – Zelenski bildirib.